Putinlə Ərdoğan telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Respublikatv.Com Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında hadisələrin gedişatını da müzakirə ediblər.