Türkiyədə terror aktı törədildi

  • Oktyabr 26, 2020 23:42
  • Türkiyənin Hatay vilayətinin İskəndərun rayon mərkəzində terror aktı törədilib.

    Respublikatv.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fener prospektində polis şübhələndiyi avtomobili izləyərkən terrorçularla qarşıdurma yaşanıb. Bu zaman avtomobildə olan terrorçulardan biri üzərinə bağladığı partlayıcını işə salıb və bir nəfər polis işçisi yaralanıb. Hatay valisi Rahmi Doğanın məlumatına görə, digər terrorçunun axtarışları davam etdirilir. Bölgədə başqa terrorçuların olub-olmadığını araşdırmaq üçün genişmiqyaslı əməliyyata başlanılıb. Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürmə və tibbi briqadalar cəlb olunub. Keçirilən əməliyyat nəticəsində digər terrorçu da zərərsizləşdirilibBu barədə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu öz tvitter hesabında yazıb.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir