Fransanın məhşur futbolçusundan Makrona ETİRAZ

  • Oktyabr 26, 2020 15:04
  • “Mançester Yunayted”in futbolçusu Pol Poqba Fransa millisindəki karyerasını başa vurub.
    Respublikatv.Com xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Fransa prezidenti Emmanuel Makron müsəlmanlarla bağlı dini ayrı-seçkiliyə yol verdiyi üçün 27 yaşlı yarımmüdafiəçi bu qərarı verib. O, prezidentin İslam dininə qarşı açıqlamalarını özünü və Fransadakı müsəlmanlarına qarşı təhqir hesab edib. Qeyd edək ki, Makron bu ay “İslam radikalizmi ilə mübarizə” adı altında xalqa müraciətində İslam dinini hədəfə alan sözlər söyləyib. O, eyni zamanda Məhəmməd Peyğəmbərə qarşı təhqiramiz məzmunlu karikaturaların ölkədə yayımlamağa davam edəcəklərini bildirib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir