“Paşinyan Pakistan xalqından üzr istəməlidir” – Rəhman Məlik

  • Oktyabr 26, 2020 11:32
  • Pakistanın keçmiş Daxili İşlər naziri Rəhman Məlik Nikol Paşinyanı səsləndirdiyi ittihamlara görə Pakistan xalqından üzr istəməyə çağırıb.
    Respublikatv.Com “Vzqlyad.az”a istinadən xəbər verir ki, Rəhman Məlik Azərbaycan ordusunda Pakistan qoşunlarının iştirakına dair Paşinyanın ittihamlarının əsassız olduğunu və böhtan xarakteri daşıdığını bildirib.“Ermənistanın Baş Nazirinin açıqlamasını televiziyada izlədim və onun Pakistan qoşunlarının müharibədə iştirakı ilə bağlı ittihamlarını rədd edirəm. Açıq şəkildə bildirmək istərdim ki, Pakistan tərəfindəki qoşunların Azərbaycan tərəfindəki müharibədə iştirakı ilə bağlı iddialar tamamilə əsassızdır. Buna görə də Ermənistanın Baş Nazirini bu təbliğatı dayandırmağa və Pakistan xalqından üzr istəməyə çağırıram. Onun iddiaları və saxta ittihamları Pakistanı ləkələmək məqsədi daşıyır. Pakistan heç vaxt digər ölkələrin daxili işlərinə qarışmır”,- deyə Rəhman Məlik qeyd edib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir