Əkrəm İmamoğlu koronavirusa yoluxdu

İstanbul Böyük Şəhər Bələdiyəsinin (İBB) sədri Əkrəm İmamoğlu koronavirusa yoluxub. Respublikatv.Com xəbər verir ki, bu barədə İBB-nin sözcüsü Murat Ongun tvitterdə məlumat verib. “Əkrəm İmamoğlunun COVİD-19 testi pozitiv çıxıb. Xəstəxanada müalicəyə başlayan sədrin səhhəti yaxşıdır”,- deyə paylaşımda vurğulanıb.