Polşa prezidenti koronavirusa yoluxdu

Respublikatv.Com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Blajey Spixalskiy məlumat verib.”Dünən prezident Andjey Duda koronavirus testindən keçib. Test pozitiv nəticələnib”,- deyə Spixalskiy Tvitter hesabında yazıb. Mətbuat katibinin sözlərinə görə, prezident özünü yaxşı hiss edir.