Azay Quliyev: “Siyəzən, Qəbələ, Kürdəmirə raket atılması Paşinyan siyasətinin davamıdır

Respublikatv.Com xəbər verir ki, ermənilərin dinc əhaliyə hücumunu pisləyən Milli Məclisin deputatı Azay Quliyev münaqişənin diplomatik həllinin olmamasına diqqət çəkib:”Bu gün Ermənistan Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən bölgələrini balistik raket atəşinə tutub. Bu cinayətkar hücum erməni baş nazir Paşinyanın münaqişənin diplomatik həllinin olmadığına dair bəyanatının davamıdır”.