Polad Həşimovun rütbəsinin mayora endirilməsinin pərdəarxası…

  • Fevral 8, 2021 20:24
  • Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər. Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Əmrə əsasən, hər iki general ehtiyata buraxılıb.

    Bununla da Vətən Müharibəsindən sonra ordu sıralarından kənarlaşdırılan generalların sayı üçə çatdı. Bunlar Rövşən Əkbərov, Xəqani Cəbrayılov və Müdafiə nazirinin sabiq birinci müavini – Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovdur. Hər üç generalın Vətən Müharibəsində uğursuzluqla yadda qaldığı bildirilir. Vətən Müharibəsinə görə təltif edilən minlərlə hərbçinin arasında bu üç şəxsin adının olmaması yayılan iddiaları daha da qüvvətləndirir.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir