RespublikaTV

Qarabağ Azərbaycandır!

Şamaxıda vulkan püskürdü, 3 evin divarında çatlar əmələ gəldi

  • Yanvar 24, 2021 11:11
  • Şamaxı rayonunun Quşçu kəndi ərazisində vulkan püskürüb.

    RespublikaTv.Com APA-ya istinadən xəbər verir ki, vulkan püskürməsindən öncə ərazidə güclü uğultu səsi eşidilib.

    Sonra 15 dəqiqə ərzində yerin dərinliyindən çıxan lava 2 hektar ərazidə torpağın üz səthinə yayılıb. Təxminən 60-70 metr hündürlüyə qalxan palçıq vulkanı qaz uğultusu səsi ilə müşaiyyət olunub. Palçıq vulkanları üçün xarakterik olan alov sütunu bu dəfəki püskürmə zamanı qeydə alınmayıb.

    Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ətrafdan kəskin qaz qoxusu gəlir.

    Püskürmə zonasından 150 metr aralıda evlər yerləşir. Kənd sakinlərinin sözlərinə görə bu vulkan həmin ərazidə ilk dəfədir ki, püskürüb. Bundan 2 kilometr aralıda isə 3 il əvvəl püskürən başqa bir vulkan ocağı var.

    İlk dəfə püskürən bu vulkan kənd sakinlərinin əkin sahəsini yararsız hala salıb, silkələnmə nəticəsində 3 evin divarında çatlar əmələ gəlib. Vulkanın püskürdüyü ərazidə tektonik çatlar əmələ gəlib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir