RespublikaTV

Qarabağ Azərbaycandır!

İcbari tibbi sığortaya ayrılan vəsaitin bölgüsü də müəyyənləşdiriləcək

  • Yanvar 9, 2021 14:54
  • Maliyyə Nazirliyinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə səhiyyə müəssisələrinin saxlanılması xərcləri üçün nəzərdə tutulmuş vəsaitin ayrılan vəsaitin bölgüsü ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.

    RespublikaTv.Com bildirir ki, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə” bu gün imzaladığı sərəncamda əksini tapıb. Sərəncama əsasən, Maliyyə Nazirliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə səhiyyə müəssisələrinin saxlanılması xərcləri üçün nəzərdə tutulan vəsaitin bölgüsü barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir