RespublikaTV

Qarabağ Azərbaycandır!

AzTV-də bədbəxt hadisə

  • Dekabr 25, 2020 22:52
  • “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

    RespublikaTv.Com xəbər verir ki, bu barədə AzTV-nin feysbuk hesabında məlumat paylaşılıb.

    Bildirilib ki, bu gün axşam saatlarında QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin bir hissəsində tavan çöküb, nəticədə bir əməkdaş xəsarət alıb.
     
    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir