“Azərbaycanın müharibədə böyük qələbəsi bəşəriyyətin tarixini dəyişəcək” – Şevçenko

  • Dekabr 12, 2020 08:15
  • “Azərbaycan xalqı Ermənistan döyüşçüləri tərəfindən 30 ilə yaxın bundan əvvəl işğal edilmiş Qarabağ torpaqlarını azad etdi. Ermənistan erməni xalqının mənafeyinə əsla uyğun olmayan müharibədə məğlub oldu. Müharibə olmasaydı, dinc yolla, o cümlədən Qarabağda daha artıq nəticələr əldə etmək olardı. Azərbaycan bu müharibədə ədalətli qələbə qazandı. İkinci Qarabağ müharibəsində Azərbaycanın Böyük Qələbəsi bəşəriyyətin tarixini dəyişəcək”.

    RespublikaTv.Com “AzərTAc”a istinadən xəbər verir ki, rusiyalı məşhur jurnalist və politoloq Maksim Şevçenko bu fikirləri dekabrın 11-də Bakıda, Azərbaycanın KİV nümayəndələri ilə görüşdə söyləyib.

    Onun sözlərinə görə, Qarabağda döyüş əməliyyatları aparılan 44 gün ərzində Azərbaycan Ordusu ən müasir silahlardan istifadə etməklə ən mürəkkəb məsələləri həll etməyə qabil olduğunu göstərib. Rusiyalı jurnalist deyib: “Azərbaycan qoşunları onilliklər boyu ermənilər tərəfindən möhkəmləndirilmiş müdafiə xətti boyunca mövqe tutmağa nail oldu. Bu ordu ilə hesablaşmamaq olmaz”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir