Şəhid Anası ona verilən 10 min manatı Silahlı Qüvvələrə Yardım Fonduna bağışladı

  • Dekabr 8, 2020 11:16
  • İkinci Qarabağ müharibəsində Füzulinin azad olunması istiqamətində döyüşlərdə şəhid olan Kürdəmir rayonunun stansiya Karrar qəsəbəsinin sakini Məlik Zülfüqarovun anası şəhid ailəsinə dövlət tərəfindən ayrılan birdəfəlik sığorthaqqını Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

    RespublikaTv.Com xəbər verir ki, Yeganə Ədilova 11 min manat məbləğində birdəfəlik yardımın Vətənimizin keşiyində duran əsgər və zabitlərə xərclənməsini daha düzgün hesab edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün dövlət başçısına da təşəkkür edib.

    Evin tək oğlu olan Məlik Böyük Vətən Müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşüb. Torpaqlarımızı azad etmək uğrunda qəhrəmanlıqla şəhid olub.

    19 yaşlı şəhidimiz 21 oktyabrda doğulduğu qəsəbədə torpağa tapşırılıb.

    Allah rəhmət eləsin!

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir