RespublikaTV

Qarabağ Azərbaycandır!

Daha bir şəhidimiz dəfn olundu

  • Dekabr 7, 2020 20:45
  • Vətən müharibəsində şəhid olan Həsənov Sübhan Rauf oğlu bu gün doğulduğu Masallının İskəndəri kəndində torpağa tapşırılıb.

    RespublikaTv.Com xəbər verir ki, o, itkin düşmüş hesab olunan hərbi qulluqçular arasında olub.

    Ailə üzvləri DNK testi verəndən sonra, bir aydan çoxdur ki, yaxınları ilə əlaqə saxlamayan Həsənov Sübhanın şəhid olduğu müəyyənləşib.

    Qeyd edək ki, H.Sübhan cəbhəyə könüllü yollanmışdı. O, ailənin yeganə oğlu idi.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir