Ağdam məscidi işıqlandırıldı

  • Noyabr 22, 2020 07:38
  • 27 ildən sonra Ermənistanın işğalından azad edilmiş Ağdam rayonunun Cümə məscidi də elektriklə təchiz olunub.

    Respublikatv.Com xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva feysbuk səhifəsində paylaşım edib. 

    O, fotoya “27 il sonra Ağdam məscidi. Sənə şükürlər olsun Allahım!” sözlərini əlavə edib. 

    Qeyd edək ki, ötən həftə Şuşa şəhərindəki Gövhər Ağa məscidinin də işıqlandırılması baş tutumuşdu.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir