Hikmət Hacıyevin tvitter hesabı bərpa olundu

  • Noyabr 18, 2020 10:02
  • “Əziz dostlar, erməni lobbi dairələrinin şikayəti əsasında fəaliyyətini dayandırmış tvitter profilimin bərpası üçün göstərdiyiniz qəti dəstəyə görə hər birinizə təşəkkür edirəm”.

    Respublikatv.Com bildirir ki, bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter səhifəsində yazıb.

    “Ali Baş Komandan, Prezident İlham Əliyev dediyi kimi “Biz Birlikdə Güclüyük!”. Mübarizəmiz davam edir!”, – deyə Hacıyev əlavə edib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir