ABŞ-da türk restoranını dağıdan erməni tutuldu

  • Noyabr 13, 2020 12:46
  • ABŞ-ın Los-Anceles şəhərində türk restoranına hücum edən erməni qrupun üzvü saxlanılıb.

    Respublikatv.Com xəbər verir ki, bu barədə Beverly Hills polis şöbəsi məlumat yayıb. Bildirilib ki, 22 yaşlı Uilyam Stepanyan Qlendeyl şəhərinin yaxınlığında polis tərəfindən saxlanılıb.

    O, nifrət, oğurluq, özəl mülkə təcavüz, talançılıqda ittiham olunur.

    Stepanyan 16 noyabrda hakim qarşısına çıxacaq.

    Polisdən bildirilib ki, hücumun digər iştirakçıları da axtarılır.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir