Çankırı şəhərindən Azərbaycana dəstək

Respublikatv.com – a verilən xəbərə əsasən Qarabağın işğaldan azad olunması və 9 noyabr Bayraq günü münasibətiylə Türkiyənin Çankırı şəhəri Karatekin universitetində təhsil alan Azərbaycanlı tələbələr bir yerə toplaşaraq tədbir keçirdib. Gənc tələbə Orxan Zeynalovun təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Türkiyə himnləri oxunub “Qarabağ Azerbaycandir” “Şəhidlər ölməz vətən bölünməz” şüarları səslənib və mahnılar oxunub.
Azərbaycanlı tələbələrə dəstək məqsədiylə Universitetin rektoru Hasan Ayrancı və universitetdə təhsil alan türkmənistanli, cibutili tələbələr də iştirak edib.
Qarabağ Azerbaycandir güc birlikdədir.!