Azərbaycanın Xarkovdakı Mədəniyyət mərkəzinə silahlı hücum olub

  • Noyabr 7, 2020 22:02
  • Azərbaycanın Xarkovdakı Mədəniyyət və İnformasiya Mərkəzinə silahlı hücum edilib.

    Respublikatv.Com xəbər verir ki, bu barədə  AZƏRTAC-a Ukraynanın Xalq rəssamı, heykəltəraş, soydaşımız Seyfəddin Qurbanov məlumat verib.

    Onun sözlərinə görə, ilkin ehtimala əsasən, mərkəzə iki güllə atəşi açılıb. Güllələr pəncərələrə dəyib.

    S.Qurbanov bildirib ki, baş verən insidentlə bağlı Xarkov şəhər polisinə müraciət edib.

    Xatırladaq ki, noyabrın 6-dan 7-sinə keçən gecə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binasına silahlı hücum edilib. Gecə saat 02:30 radələrində Fəxri Konsulluğun Yaroslav Mudrı küçəsi, 7 ünvanında yerləşən ofisinə 6 güllə atılıb. Güllələr binanın pəncərəsinə və qapısına dəyib. Videokameraya düşmüş kadrlardan görünür ki, hadisə iki gənc tərəfindən törədilib. Fakt üzrə cinayət işi qaldırılıb, polis təhqiqat aparır.

    Qeyd edək ki, Xarkov şəhəri ermənilərin daha çox sıx yaşadığı yerdir.

    I

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir