RespublikaTV

Qarabağ Azərbaycandır!

Gəncədə valideynlərini itirən 3 yaşlı Xədicəni əmisi məcbur apardı – Video

  • Noyabr 6, 2020 13:44
  • Ermənistanın Gəncəyə raket hücumu nəticəsində valideynlərini və bacısını itirən 3 yaşlı bacısı Xədicənin əmisi tərəfindən zorla aparılmasını əks etdirən video yayılıb.

    Respublikatv.com xəbər verir ki, videonu sosial şəbəkədə paylaşan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət edib:

    “Gecədən yüzlərlə insan məni işarələyib,mesaj yazıb,sabahdan telefon susmur. Hamı da eyni sözü deyir:

    “Xədicəni xilas edin!!!”

    Bu Xədicədir. Gəncə bombardmanı zaman ailəsini itirən Xədicə. Onun bağrını çatladan da əmisidir. Hansı ki, Xədicəni qəyyumluğa götürür. Bu körpə aldığı travmadan hələ özünə gəlməyib… Videonu kim çəkib bilmirəm,amma uşaqla belə davranışa heç bir halda yol verilə bilməz!!! Uşaq dövlətin nəzarətindədirsə,demək bunu edənlər də dövlətə qarşı çıxanlardır!!!”

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir