Lavrovdan Qarabağ açıqlaması

  • Noyabr 3, 2020 20:59
  • “Moskva və Ankara çevik, praqmatik yanaşma göstərə bilən, bir-biri ilə qarşılıqlı əlaqədə olarkən strateji baxışı rəhbər tutan iki sıx tərəfdaşdır”.

    Respublikatv.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Rusiya və Türkiyə müxtəlif bölgələrdəki böhranları həll etmək üçün fəal şəkildə çalışırlar.

    Buna misal olaraq Suriya və Liviya nümunəsini çəkən Lavrovun sözlərinə görə, Dağlıq Qarabağla bağlı vəziyyət kökündən fərqlidir:

    “Heç vaxt gizlətməmişik və gizlətmirik: böhranın güc yolu ilə həllini dəstəkləmirik. Hərbi əməliyyatların tezliklə başa çatması üçün çalışırıq.

    Həm münaqişə tərəfləri, həm də bütün xarici tərəfdaşlar üçün atəşkəsə dair müqavilələrə, nəzarət mexanizminin yaradılmasına və konkret bir cədvəllə mənalı danışıqlar prosesinin bərpasına ciddi şəkildə riayət etmək vacibdir.

    Sabit atəşkəsə nail olmaq dərhal mümkün olmasa da, bölgədəki bütün təsirlərimizi istifadə etməyə davam edəcək, hərbi ssenarinin gələcək inkişafını dayandırmaq, tərəflər arasında dialoq qurmaq və Bakı ilə İrəvanı danışıqlar masasına oturmağa razı salmaq üçün türk tərəfdaşlarımızla birlikdə çalışacağıq”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir