Minaatan taqımının məhv edilməsi xəbəri cəfəngiyatdır

Düşmənin guya cənub istiqamətində bölmələrimizin minaatan taqımını məhv edərək vacib sənədləri əldə etməsi barədə Ermənistan mətbuatının yaydığı xəbər cəfəngiyatdan başqa bir şey deyil. Respublikatv.Com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.