“Biz bu gün səngərdəyik!” – “Günay Bank”

  • Noyabr 2, 2020 14:05
  • Azərbaycanın bütövlüyü hər birimizin ön milli marağıdır. Məlumdur ki, illər öncə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan əraziləri Milli Ordumuz tərəfindən geri qaytarılır və həmin torpaqlar öz halal sahibinə qovuşur. Bu tarixi mübarizəyə dəstək olmağa davam edən, “Günay Bank” ASC–nin 7 əməkdaşı da ordu sıralarındadır. Müharibənin yazılmayan qanunlarını nəzərə alaraq biz həmin işçilərimizin adlarını çəkməyəcəyik. Amma hər birimiz, hər gün onları qürür hissi ilə xatırlayır, mümkün qədər vəziyyətləri barədə ailələrindən xəbər öyrənməyə çalışırıq.

    Bankımız Vətən uğrunda gedən döyüşlərə səfərbər olunan əməkdaşların yolunu valideynləri ilə bərabər gözləyir. Həm də zəfər xəbərləri ilə. Bundan əlavə onların canlı şahidi olduğu şanlı hadisələr barədə bol-bol söhbət etməyə səbrsizlənirik.Günay Bank ASC-nin Silahlı Qüvvələrə Yardım Fonduna bir neçə dəfə dəstək olmasına baxmayaraq, Bankın səfərbər olunmayan bütün əməkdaşları fərdi qaydada cəbhəyanı bölgələrə yollanıb, Müdafiə Nazirliyinin dəstəyi ilə “n” saylı hərbi hissələrinin əsgərləri ilə görüş keçirərək zəruri olan ləvazimatları onlara təqdim edib.Biz “Günay Bank” ASC olaraq, hər zaman Ordumuzun yanındayıq və Vətənimiz Azərbaycan üçün canımızdan belə keçməyə hazırıq. Biz səngərdəyik! Hər şey Vətən üçün. Qarabağ Azərbaycandır. Biz zəfər çalacağıq!

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir