RespublikaTV

Qarabağ Azərbaycandır!

“Ermənistan MN cəbhədəki vəziyyətdən tamamilə bixəbərdir”

  • Noyabr 1, 2020 17:30
  • “Ermənistan təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir”.

    Respublikatv.Com xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, işğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan KİV-ləri təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir.Bu cür həqiqəti əks etdirməyən xəbərlər yaymaqla Ermənistan müdafiə nazirliyinin rəsmiləri cəbhədəki vəziyyətdən tamamilə bixəbər olduqlarını nümayiş etdirir.Növbəti dəfə rəsmi olaraq bəyan edirik ki, bölmələrimiz yalnız düşmənin döyüş mövqelərinə və atəş nöqtələrinə cavab zərbələri endirir.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir