Düşmən Qarabağda Əsəd rejiminin taktikasını tətbiq edir

  • Noyabr 1, 2020 13:00
  • Ermənistan silahlı qüvvələri Qarabağda özündə kimyəvi silahın elementlərini ehtiva edən fosfor tərkibli döyüş sursatı tətbiq edir.

    Respublikatv.com -un Ordu.az-a istinadən məlumatına görə, düşmən bununla tətbiq edilən Pilotsuz Uçuş Aparatlarının görüntüləri üçün də maneələr yaratmağa çalışır.Bu, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, Cenevrə konvensiyalarının, eləcə də BMT-nin müvafiq konvensiyaları və sənədləri ilə nəzərdə tutulmuş müddəların ən kobud şəkildə pozuntusudur və Azərbaycan Ordusuna zərər vurmaq məqsədini güdməkdən başqa, həmçinin kütləvi meşə yanğınları və qeyd olunan ərazidə ekoloji fəlakətin real təhlükələrini yaratmaq niyyəti güdür.Ötən gün Müdafiə Nazirliyinin də yaydığı məlumata görə, işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.Qeyd edək ki, ağ fosfor bombasını əsasən Ermənistanın müttəfiqi olan terrorçu Əsəd rejimi qüvvələri İdlib vilayətinin atəşkəs zonasını bombardman edərkən, habelə Şərqi Qutada istifadə edib.Xatırladaq ki, ağ fosfordan silah kimi istifadə olunması beynəlxalq hüquqla qadağandır. Nəfəs yolu ilə orqanizmi zəhərləyən fosfor yanma reaksiyası ilə daha çox beyin ilə ağciyərlərdə xəsarət yaradaraq ağır yaralanma və ölümə səbəb olur.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir