Ermənistan terrorçulara Azərbaycan əsgərinin formasını geyindirir

  • Oktyabr 26, 2020 00:27
  • Ermənistan işğal etdiyi Dağlıq Qarabağda Suriya və İraqdan gətirdiyi PKK-lı terrorçulara Azərbaycan əsgərinin hərbi formasını geyindirir.
    Respublikatv.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, kəşfiyyat mənbələrinin əldə etdiyi məlumata görə, terrorçu qruplaşmalar işğal altında olan Şuşa şəhərinə yerləşdirilib.PKK terrorçularına Azərbaycan əsgərinin hərbi formasının geyindirilməsinə diqqət çəkən mənbələr ermənilərin bu yolla Azərbaycan hərbçilərini çaşdırmağa çalışdığını eləcə də, terrorçular öldürüldükdə onları Azərbaycan ordusu tərəfindən Suriyadan gətirilən muzdlu əsgərlər kimi qələmə verəcəklərini bildiriblər.Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də Ermənistanın Dağlıq Qarabağda PKK terrorçularını ən ön sırada istifadə etdiyini açıqlamışdı. Azərbaycan Orsusunun torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatında əsir düşən erməni əsgər Albert Mikaelyan da PKK terrorçularının Dağlıq Qarabağda Ermənistan ordusunun sıralarında döyüşdüyünü etiraf etmiş, həmin terrorçuların 600 dollar maaş aldıqlarını bildirmişdi.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir